Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir.
Bu barədə “Economic Times” qəzeti mənbələrə istinadən yazıb.
“Çatdırılmalar iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək. Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Onlara əsasən, Hindistan əvvəllər Ermənistanı “Pinaka” reaktiv yaylım atəşi sistemləri ilə təmin edib. Bu sistemlər ilk dəfə xaricə satılıb”, – nəşr qeyd edir.
Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb.
“Indian Defence Research Wing” internet nəşrinin məlumatına görə, avqustun əvvəlində Hindistanın “Bharat Forge LTD” müdafiə şirkəti 155,5 milyon dollarlıq müqavilə çərçivəsində altı yedəkli 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib.
Müqavilə üç il ərzində Ermənistana bu tipli 90 artilleriya qurğusunun verilməsini nəzərdə tutur.