Bu müəllimlərin maaşı artırılıb – Emin Əmrullayev

0
30

Sertifikatlaşdırmada uğur qazanan 55 min müəllimin maaşı artırılıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10 faiz, 17 mindən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunub:

“Əməkhaqqına 10 faiz əlavə tətbiq edilmiş müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, 35 faiz əlavə tətbiq olunanların orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154,4 milyon manat proqnozlaşdırılıb”.