Bu meyvə və tərəvəzləri almayın!

0
417

Nitratlardan zəhərlənmək istəmirsinizsə, mövsümi meyvə-tərəvəz almalı, həmçinin ideal formalara və parlaq rənglərə üstünlük verməməlisiniz.

Bu barədə Krım Federal Universitetinin Tibb Akademiyasının İctimai Səhiyyə, Təşkilat və Sağlamlıq İqtisadiyyatı kafedrasının dosenti İrina Suxareva məlumat verib.

Mütəxəssis hələ “rəsmi” yetişmə mövsümü elan edilməyən bir çox tərəvəz, meyvə və giləmeyvə istifadəsini minimuma endirməyi məsləhət görür. O hesab edir ki, meyvələri orta ölçülü seçmək lazımdır. Qabığın altında qəhvəyi və ya boz rəngli ləkələr görünürsə, belə meyvə və tərəvəzləri almağa dəyməz.

“Parlaq rəng, çox ideal meyvə formaları sizi özünə cəlb edə bilər. Lakin bilməlisiniz ki, ailənizi qorumağın etibarlı yolu – cib selitrası sayğacı almaq və almazdan əvvəl meyvə-tərəvəzləri sınamaq üçün vərdiş inkişaf etdirməkdir”.

Beləliklə, bədənin emal edə biləcəyi və icazə verilən gündəlik miqdar böyüklərdə 1 kiloqram bədən çəkisi üçün 3,7 mq, uşaqlarda isə eyni çəki üçün 0,2 mq-dır.

Həkim qeyd edib ki, tərkibinə nitrat və pestisidlər vurulmuş məhsulların sistematik istifadəsi tiroid vəzində, mədə-bağırsaq sistemində pozulmalara, eyni zamanda allergiyaya səbəb ola bilər.

“Qida allergiyası, bronxial astma, hepatit və öd kisəsindəki daşlardan əziyyət çəkən insanlar meyvə-tərəvəzlərdəki nitratlara xüsusilə həssasdırlar”, – deyə İrina Suxareva izah edib.

Mütəxəssisin fikrincə, məktəbəqədər yaş dövründə olan uşaqlar da nitratlara qarşı həssasdırlar: belə məhsullardan istifadə edən hər üçüncü və ya dördüncü uşaqda allergiya müşahidə olunur:

“Nitratların ən aşağı konsentrasiyası adətən pomidor, badımcan, soğan, kartof, bibər, yaşıl noxud, lobya, alma və ən çox giləmeyvələr olur – məhsulun hər kiloqramına təxminən 80-100 mq düşür.

Şalğam, xiyar, yerkökü, kabaçki, gül kələmi və ağ kələmdə isə nitrat daha çoxdur – hər kiloqramına 300-600 mq.

Nitratın yüksək konsentrasiyası turp, çuğundur, kərəviz, brokkoli, şüyüd, ispanaq, qarpız, qovun, yaşıl soğan və kahıda ola bilər”.