Bu meyvə ömrü uzadır – Yeni ARAŞDIRMA

0
484

Alimlər mütəmadi olaraq bu və ya digər məhsulun insan orqanizminə təsirini öyrənirlər. Bu dəfə çinli alimlər qanı cavanlaşdıran və qocalma prosesini ləngidənArhat (Siraitia grosvenorii)bitkisinin meyvəsindən bəhs ediblər.

“The American Journal of Chinese Medicine”də açıqlanan məlumatda bildirilir ki, siçanlar üzərində aparılan təcrübədə arhat meyvəsinin qocalma prosesini ləngitdiyi üzə çıxıb. Məhz bu meyvə qırmızı sümük iliyində kök hüceyrələrini aktivləşdirir və bu öz növbəsində hüceyrələrin regenerasiyasına, gəncləşməsinə kömək edir. Çinli mütəxəssislərin bildirdiyinə görə, onlar tezliklə arhatdan istifadə edərək insanlarla da bağlı oxşar tədqiqat aparacaqlar. Onlar bu meyvənin insanlar üçün də effektli olacağına əmindirlər.

Qeyd edək ki, əsasən Çində, Tailandda yetişən arhat meyvəsinin şəkərdən 300 dəfə şirin olduğu bildirilir.