
Ermənistanın “FlyOneArmenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.
“FlyOneArmenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epimeioloji tədbrlkərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.
Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib.
Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.