
Bu gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Soçidə bir günlük işçi səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Nazirlər Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak edəcəklər.
Bu dəfə Çavuşoğlu və Lavrovun Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin üçtərəfli bəyanatının icrasına və humanitar yardımın göstərilməsinə xüsusi diqqət ayıracaqları ehtimal edilir.