Bu dünyada cavablar da sual yaradır…

0
40


Bu gün fikirlərimi, arzularımı bildirməyəcəm. Mülahizə, təklif, araşdırma, münasibət yürütməyəcəm. Cavabını bilmədiyim suallar verirəm:

Dünya necə yaranıb?
Allah hardan yaranıb?
Niyə bu qədər məlumat əldə etdikcə daha çox suallar ortaya çıxır?
Niyə bu dünyada imtahan veririk?
Niyə səhvi, günahı olmayan yoxdur?
Orqanizmimiz niyə belə mürəkkəb yaranıb?
Pis və yaxşının ayrımı nədən yaranıb?
Həyatda sevgi çoxdur, nifrət?
Niyə fikirlərimizi paylaşmadan rahatlanmırıq?
Bu qədər insanlar dünyanı idarə edə bilmədi, robotlar mı edəcək?
Saysız anlaşılmaqlıqlar, mürəkkəblərlə dolu həyat nəyə lazım idi?
Necə olur ki, bir gözümüz ağlayır, biri gülür?
Niyə hamının arzusu yüksəkliyə doğrudur?
Niyə hər kəs fərqli yaranıb?
Əbədi dünyanın varlığına inanmalı olduğumuz niyə bilinmir?
Yaşam dünyamız inkişaf etdikcə niyə dağılır?
İnam, qorxu, ümid, səbr, əziyyət varlığımızı necə sakitləşdirir?
Bəlkə, əsil mükəmməli – robot özümüzük?
İnsanları qadınlar dünyaya gətirirsə, qadın niyə ən güclü məxluq deyil?
Bir-birini öldürən insanlar dünyasında necə xoşbəxt ola bilirik?
Ölüm bu dünyanın əziyyətindən qurtarmaqdısa, niyə hamı ölümdən qorxur?
Bu cür mürəkkəb insan varlığı haqda öyrənilənlər, elmi biliklərin yaranmasının əsl səbəbini bilən varmı?
Allah inamı da tövsiyyə edir, bilikləri də, bəs biliklər niyə…..
Kimin başqa sualı var?

Sənubər Səhər