Bu Avropa ölkəsində etiraz aksiyası keçirildi

0
361

Avstriyanın paytaxtı Vyanada 40 mindən çox etirazçının qatıldığı COVİD-19 tədbirlərinə qarşı nümayişdə radikal sağçı qruplarla polis arasında qarşıdurma yaşanıb.

Paytaxtın tarixi meydanlarından biri olan Heldenplatzda toplaşan minlərlə etirazçı əllərində “məcburi peyvənd və qapanmaya yox”, “məhdudiyyətlər götürülsün” və “növbədənkənar seçkilər” sözləri yazılmış plakatlarla çıxış edib.

Baş nazir və səhiyyə nazirini sərt şəkildə tənqid edən nümayişçilər Yeni il öncəsi nümayişlərdə olduğu kimi, erkən seçki şüarları səsləndiriblər. Aksiyada 40 mindən çox insan iştirak edib.