
Böyük Britaniya bu sahədə Rusiya ilə rəqabət aparmaq üçün hipersəs raketləri hazırlamağı planlaşdırır.
Bu barədə Böyük Britaniyanın Müdafiə Baş Qərargah rəisi Toni Radakin bildirib.
“Bizdə onlar (hipersəs raketləri – red.) yoxdur, lakin olmalıdır”, – deyə o “Times” nəşrinə müsahibəsində vurğulayıb.
Nəşr bu konteksdən qeyd edir ki, Radakin planları açıqlayıb, onların məqsədi “Rusiyanın artan hərbi gücü ilə rəqabət aparmaq”dır.