Boşananların sayı evlənənlərə nisbətən xeyli artıb

0
544
2019-cu ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63869 nikah və 17148 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. Əhalinin hər 1000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub, boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.