BMqT-nin yeni nəşri gənclərin zorakı ekstremizmə dayanıqlığını artırmağa kömək edəcək

0
455

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlı naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Gənclər evləri ilə əməkdaşlığı davam etdirir.
Nümayəndəlikdən bildiriblər ki, layihənin fəaliyyət istiqamətlərindən biri də zorakı ekstremizm və radikallaşma təhlükəsinə həssas gənclərlə iş üzrə məlumatlılığı artırmaq üçün təlimlərin təşkilidir. Bu məqsədlə Avropa Gəncləri Məlumatlandırma və Məsləhət Agentliyi (ERYICA) tərəfindən hazırlanmış “Güc Birlikdədir: Gənclərin məlumatlandırılması vasitəsilə zorakı ekstremizmin qarşısının alınması dair bələdçi” adlı xüsusi vəsait Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Bələdçi gənclərin məlumat mənbələrini senzura və daha da yadlaşma riski olmadan qiymətləndirə bilmələri üçün onlara çevik və tənqidi düşüncə bacarığını öyrətmək bacarıqları aşılayır. Gənclərlə təmasda olanlar (gənclər sahəsi işçiləri, müəllimlər, sosial işçilər, gənclər təşkilatlarının əməkdaşları və sair) üçün hazırlanmış nəşrdə identiklik, müxtəliflik, digərləri ilə ünsiyyət, media və informasiya savadlılığı və buna bənzər digər məsələlər də əhatə olunur.
Vəsaitdə oxucuya mürəkkəb fenomenləri daha yaxşı başa düşməyə imkan verən nəzəri komponent də əksini tapıb.
Bələdçinin onlayn versiyası BMqT-nin Azərbaycan nümayəndəliyinin veb-səhifəsində yerləşdirilib.