Ağlar günlərimiz olmasa sevincin qədrini bilmərik. Iki gizli qüvvənin mübarizəsi gedən bu həyatda hələ ki, sevinc, yaxşılıq, xoşbəxtlik, səadət, gözəllik irəlidədir. Allah heç bir insanı sevincli günlərdən məhrum etməyib.
Hər halımız sevincli günlərlə müşayiət olunur. Sevincli günlərimizin azlığına belə şükür etməliyik.
Sevinc şadlıq gətirir, dərdlərimizi unutdurur, müvəqqəti olsa belə qəlblərimizin rahatlıöı sevincsiz mümkün deyil. Bir gözəl çiçək təmasından sevdiklərimizlə xoş günlərə qədər minlərlə səbəbi var sevincin. Həyatın bizə bəxş etdiyi gözəlliklərə sevinməmək mümkün deyil, nə qədər dərdimiz olsa belə…
Sevincimizlə bərabər kiməsə sevinc, sevgi bəxş etməyi də unutmamalıyıq. Qəlbimizdəki sevgi də sevincin əvəzsiz yaradıcısıdır. Dünyamız bu sevgilərə, sevincə görə yaşayır.
Onun varlığı bu ali hisslərin təmasının təcəssümüdür.
Bu dünyada bizə verilən həyat da sevgi və sevinclə yaranır. İnsanın yaranışı sevincli, sonu ağlar olsa da Allah səbrimizi əskik etmir. İnsanların bir-birinə mənəvi dayağı sevincimizi də yaşadır. Heç bir hüdudu olmayan sevinclərimiz həyatımızı gözəllik və sevgi ilə bərqərar edir. Sevinclərin həddi-hüdudunun olmaması kədərləri də unutdurur.
Həyatımızın bizə bəxş etdiyi hər xoş halımız sevinclə həmahəngdir. Həyat da şükürlü insanları sevir. Şükür etmək insanları sevincə bağlayır. Hər bir gülər üz ətrafa sevinc paylayır, gözəllik bəxş edir.
Hər bir sevinc gülüşlə müşayiət olunur. Bu da allahın bizə bəxş etdiyi gözəl möcüzələrdən biridir. Bunu da unutmayaq, aidliyə sarmayaq. Yaşam dünyamız sonsuz sevinclərin və sevgilərin məskənidir. Bizi sevinc yaşadır. Əksinin olduğu dünya yoxdur…
Sənubər