Fransada dünyada nadir görülən hadisə baş verib.
Bir qadının eyni vaxtda altı uşağı dünyaya gəlib.
24 həftə altı gün davam edən hamiləliyin ardından Strasburqun Hotpyer xəstəxanasında qeysəriyyə üsulu ilə baş tutan doğum zamanı dünyaya gələn altı uşağın hamısı sağlam olsa da, onlar bir neçə ay müddətində ciddi həkim nəzarətində olmalıdırlar.
Çəkisi 630-730 qram olan körpələrin sağlığı üçün bütün xəstəxana personalı ciddi rejimə keçib.