“Bir növ adətkərdə olub”: 31-ci dəfə intihara cəhd etdi – VİDEO

0
337

Türkiyədə intihara cəhd edən şəxs polislərlə saat yarımlıq müzakirələrdən sonra fikrindən dönüb.

 

Məlumata görə, Konya şəhərində Mehmet H. adlı vətəndaş hündür bir yerə çıxaraq özünü atacağını deyib. Hadisə yerinə çoxlu sayda hüquq mühafizəçiləri və tibb işçiləri cəlb olunub.

33 yaşlı gənc iqtisadi vəziyyətinin çətinliyindən və ailəvi problemlərindən danışaraq ölmək istədiyini deyib. Polislərlə 1,5 saat danışıqdan sonra o, fikrindən dönüb.

Hüquq mühafizəçilərinin verdiyi məlumata görə, Mehmet H. bundan əvvəl 30 dəfə intihara cəhd edib.

Bundan başqa, onun 18 müxtəlif hadisə ilə bağlı cinayət qeydlərinin olduğu bildirilib.

Mehmet H. ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.