“Binə” Ticarət Mərkəzi açılır? – AÇIQLAMA

0
597

Bəzi kütləvi informasiya saytlarında sentyabrın 14-dən etibarən “Binə” Ticarət Mərkəzinin öz fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumat yayılıb.

Məsələyə “Binə” Ticarət Mərkəzinin rəhbərliyi münasibət bildirib.

Qeyd edilib ki, yayılan məlumat həqiqəti əks etdirmir, adı çəkilən ticarət mərkəzi Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq qərarından sonra fəaliyyətlərinə başlayacaq.

Hələ ki, “Binə” Ticarət Mərkəzində işləyən sahibkarlar və fiziki şəxslər öz fəaliyyətlərini onlayn davam etdirirlər.