“Beynimiz yaxşı işləməsin deyə illərlə bizə bunu yeməyə qoymayıblar”

0
7

“Yağ olmasa beyin işləməz, bizi yağsız qoydular ki, beynimiz işləməsin”

Türkiyəli professor, yazar və həkim Canan Karatay açıqlaması ilə diqqət çəkib.

Məşhur həkim yağların zərərli olması barədə yayılan məlumatları yalan adlandırıb. Onun dediyinə görə insanları yağ yeməkdən çəkindirməklə beynin düzgün fəaliyyətinə mane olmağa çalışıblar.

O, uşaqların sağlam və xoşbəxt böyüməsi üçün yağ və zülal əsaslı qidalanmanın vacib olduğunu vurğulayıb. O, illərlə yağın zərərli olduğu ilə bağlı yanlış fikirlərin yayıldığını və bunun insan beyninin fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib. “Yağ olmasa beyin işləməz, bizi yağsız qoyublar ki, beynimiz işləməsin,” deyə Karatay əlavə edib.

Karatay uşaqlara şəkər verilməməsinin əhəmiyyətinə diqqət çəkərək, şəkərin və hətta çörəyin orqanizmə daxil olduqdan sonra şəkərə çevrilərək zərər verdiyini bildirib. O, hazır qida məhsullarının uşaqların fiziki və ruhi sağlamlığı üçün heç bir faydasının olmadığını, xüsusilə şəkər, şokolad, qofret və qarğıdalı ləpələrinin ultra emal olunmuş qidalar olduğunu deyib.

Karatay bəzi ölkələrdə, xüsusən Yaponiyada, məktəblərdə sağlam qidalanma ilə bağlı tətbiqlərin mövcud olduğunu vurğulayıb. Yapon məktəblərində uşaqların öz qidalarını hazırlayıb qablarını yuduqlarını, iki dəfə qidalandıqlarını və axşam yeməyində dəniz məhsulları istehlak etdiklərini söyləyib. O, həmçinin kənd yumurtasının uşaqlar üçün ən faydalı qida olduğunu qeyd edərək, “Yaponiyada yeddi yaşından sonra uşaqlara gündə iki yumurta yedizdirilir,” deyib.

O, Türkiyədə də bu cür milli siyasətin həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Uşaqlar məktəblərdə həm təhsil almalı, həm də sağlam qidalanma ilə bağlı nümunələr görməlidir.”

Karatay, zeytun meyvəsi və zeytun yağının istifadəsinin artırılması ilə bir çox xəstəliyin qarşısının alına biləcəyini də əlavə edib. “Əgər ölkəmizdə zeytun və zeytun yağı istifadəsi artsa, heç bir xəstəlik qalmaz”, – deyə bildirib.