Molekulyar Tibb İnstitutunun və Kaliforniya Universitetinin alimləri Altsheymer xəstəliyi və demensiyaların digər növləri zamanı yaranan amiloid lövhələrinə qarşı vaksin hazırlayıblar. Siçanlar üzərində aparılan təcrübələr uğurlu olub və mütəxəssislər tezliklə insanların iştirakı ilə preparatın klinik sınaqlarına başlamağı planlaşdırırlar.
Vaksin beta-amiloid lövhələrin və tau-zulallardan ibarət neyrofibrilyar kələflərin yaranmasına qarşı yönəldilib. Hesab edilir ki, bu aqreqatlar beyində koqnitiv pozulmalar, qocalıq ağılsızlığı və ölümlə nəticələnən neyrodegenerativ dəyişikliklərin əsas səbəbidir.
Qeyd edək ki, təkcə ABŞ-da təxminən 5,7 milyon insan Altsheymer xəstəliyindən əziyyət çəkir. Effektiv müalicə üsulları, etibarlı biomarkerlər və ya profilaktik strategiyalar hələ də məlum deyil.