Belçikalı nazir səhvən gizli peyvənd qiymətlərini paylaşdı – FOTO

0
406

Belçikada büdcə və istehlakçıların qorunması məsələlərindən məsul dövlət naziri Eva De Blekeer səhvən Avropa İttifaqı (Aİ) Komissiyasının dərman istehsalçıları ilə razılaşdığı və gizli qalması lazım olan koronavirus peyvəndinin qiymətlərini paylaşıb.

Onun “Twitter” hesabından gizli məlumatları paylaşması reaksiyalara səbəb olub.

Məsləhətçiləri məxfilik qaydalarını pozan nazirə xəbərdarlıq ediblər.

Vaksinlərin alınması üçün Aİ-nin razılaşdırdığı qiymət tarifinə görə, ən ucuz peyvənd “Oxford-AstraZeneca” tərəfindən hazırlanan məhsul, ən bahalısı isə ABŞ əczaçılıq şirkəti “Moderna” tərəfindən istehsal edilən COVID-19 peyvəndidir.

Belçikalı nazirin paylaşdığı cədvəldə Belçikanın almağı planladığı koronavirus peyvəndlərinin sayı, doza başına ödəniləcək vahid qiyməti və Aİ Komissiyası tərəfindən edilən razılaşmaya uyğun olaraq ümumi dəyəri yer alıb.

De Blekeer görə, Belçika’nın 33,5 milyon doza peyvənd üçün ümumilikdə 279 milyon 120 min 190 avro ödəməlidir.

Belçikalı naziri məsləhətçilərinin vəziyyəti görüb xəbərdar etməsindən bir müddət sonra “Twitter” mesajını silib.