Nüfuzlu BBC agentliyi Ermənistan ordusunun Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində doğmalarını itirmiş üç yaşlı Xədicə barədə reportaj hazırlayıb.
Qeyd edək ki, oktyabrın 17-də Ermənistan daha bir müharibə cinayəti törədərək, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış yerinə gecə vaxtı SCUD tipli raketlərlə hücum edib.
Xain təcavüz zamanı uşaqlar da daxil olmaq olmaqla, 13 nəfər həlak olub. Qurbanlar arasında balaca Xədicənin atası, anası və böyük bacısı da var.