Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

0
16

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Final matçında “Gəncə” və NTD komandaları üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən görüş paytaxt təmsilçisinin 81:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da NTD Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, bu kuboka ötən mövsüm “Neftçi” sahib çıxmışdı.