Başçının virusa yoluxan xanımı və müavini… – Açıqlama

0
417

Koronavirusa yoluxan Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənovun səhhəti yaxşıdır.

Bunu  açıqlamasında Goranboy RİH-in təminatı və təhlil sektorunun müdiri Faiq Muradov deyib. O bildirib ki, başçı müavini ev şəraitində müalicəni davam etdirir.

Qurum rəsmisi virusa yoluxan icra başçısı Məhərrəm Quliyevin həyat yoldaşının səhhəti barədə məlumatı olmadığını bildirib.

Qeyd edək ki, iyunun 24-də Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənovun və başçının xanımının virusa yoluxması barədə məlumat yayılmışdı.