Baş nazirdən hərbi ixtisaslarla bağlı qərar – Yaş həddi endirildi

0
364

Nazirlər Kabinetinin “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 333 nömrəli qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, həmin Qaydanın 3.2-ci bəndində “16” rəqəmi “15” rəqəmi ilə əvəz edilsin.

Qeyd edək ki, qərarın müvafiq bəndində yazılmışdı ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi ilə bağlıdır.

Əvvəlki qərarda yazılmışdı ki, ilkin seçim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır.