Qrenlandiyanın Baş naziri Mute Egede adanın müstəqil ola biləcəyini bəyan edib.
O, bu barədə “DR1″ə erdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Qrenlandiyada fəaliyyət göstərən siyasi partiyalar birləşməli və müstəqillik üçün ümumi etibarlı plan hazırlamalıdırlar.
Qrenlandiya 1953-cü ilədək Danimarkanın koloniyası olub, sonradan isə krallığın subyektinə çevrilib. 1979-cu ildə 60 minə yaxın əhalisi olan ada Danimarkadan daxili muxtariyyət statusu alıb.
Xatıraladaq ki, daha öncə ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək niyyətini dəfələrlə bəyan edib.