“Barselona”nın Messinin işi üzrə apelyasiya şikayəti rədd edildi

0
289

İspaniya Kral Futbol Federasiyasının Apelyasiya Komitəsi “Barselona” futbol klubunun Messinin işi üzrə təqdim etdiyi apelyasiya şikayətini rədd edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Messi İspaniya çempionatının Xl turunda “Osasuna”ya qarşı oyunda qol vurduqdan sonra köynəyini qaldıraraq, “Nyuells Old Boyz” Argentina klubunun 10 nömrəli futbol geyimini nümayiş etdirərək bu yaxınlarda dünyasını dəyişən dahi futbolçu Dieqo Maradonanın xatirəsini yad edib. Hakim isə bu hərəkətinə görə Messiyə sarı vərəqə göstərib.

Hazırda Messi intizam reqlamentinin 91-ci maddəsini pozduğuna görə 600 avro, “Barcelona” isə həmin qanunun 52-ci maddəsini pozduğuna görə 180 avro cərimə ödəməlidir.