Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram olan yabanı çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu günlərdə eyni kənddə ümumi çəkisi 2 ton 150 kiloqram olan yabanı çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılmışdı.