Bakteriyaları analiz edərək okeanların nəbzini ölçən robot – ESP

0
499

Okeanların və dənizlərin sağlamlığı, həm bizim üçün, həm də dünyadakı ümumi həyat üçün olduqca əhəmiyyətlidir. Əhəmiyyəti bu qədər böyük olan bir şeyi də yaxşıca anlamaq, yaşanılan problemləri anlayaraq həll etməyə çalışmaq da kritik əhəmiyyətə malikdir. Elm insanları, bu məqsədlə kiçik robotlar yaratdı və bu robotları okeanlara buraxdı.

Okeanların dibində yaşayan çox müxtəlif alt qruplardan biri də bitki mənşəli planktonlardır. Okeandakı qida zəncirinin təməlində iştirak edən bu canlılar, sudakı qida dövründən məsuldurlar və fotosintez vasitəsiylə oksigen ifraz edir. Bitki mənşəli planktonların vəzifəsi, bir çox araşdırmaçı üçün də əhəmiyyətli bir araşdırma sahəsidir.

San-Dieqodakı Okean Elmi Skripps İnstitutudan araşdırmaçı Betani Kolodi bu barədə belə danışdı: “Aldığımız hər iki vahid oksigendən biri okeandakı bitkilərdən gəlir və çox vaxt insanlar, onları düşünmürlər çünki onlar, mikroskopik ölçüdədirlər”.

Müəyyən bir bölgədəki qida axını, nəhəng alt böyüməsini qızışdıra bilər. Suyun istiliyinin dəyişməsi, yemək qaynaqlarının paylanmasını dəyişdirə bilər. Bütün bu dəyişikliklərə cavab verə bilmək üçün bitki mənşəli planktonlara ehtiyac var, ancaq çox təəssüf ki, onları bu işləri edərkən müşahidə etmək olduqca çətindir.

Bu nöqtədə isə yeni yaradılan ESP robotlardan istifadə edildi. ESP robotları araşdırmaçıların bitki mənşəli planktonların genlərini araşdırmalarına da köməkçi olurdu. Betani Kolodi, Allen və Skrippsdəki həmkarları ESP-in Kaliforniya sahilindən yığdığı məlumatları müxtəlif mikrob populyasiyalarının orada necə yaşadığını görmək üçün analiz etdi. Axıntıda hərəkət edən robot, eyni mikrob populyasiyasından hər dörd saatda bir nümunə yığdı.

Araşdırmaçılar ESP robotlarıyla əlaqədar olaraq belə danışdı: “Mühəndislər, elm insanları və ekoloqların bir yerdə işləyə bilməsi üçün möcüzə bir fürsətdir”.