Bakının turistik məkana çevrilən Bibiheybət qəsəbəsindən REPORTAJ

0
503

Son günlər bütün diqqət paytaxtın Səbail rayonunda yerləşən şəhər tipli qəsəbələrə yönəlib. Niyə də yönəlməsin? Solğun divarlar, toz-duman, dağılmış yolları ilə xatırlanan qəsəbələr artıq turistik məkana çevrilir.

Bir müddət əvvəl rayonun Balaxanı qəsəbəsi, bu dəfə isə Bibiheybət qəsəbəsində abadlıq işləri aparılır. Qəsəbədaxili yollara daş döşənir, divarlar boyanır, müxtəlif rəsmlər çəkilir, dam örtükləri yenilənir və boyanır. Qəsəbənin girişində işlərin hələ də davam etdiyini görürük.

Evlərin qapıları müxtəlif rənglərə boyanır, pəncərələrin altına isə al-əlvan çiçəklər əkilir.

Qəsəbə sakinləri isə görülən işlərdən xeyli razılıq edir. Onlar ətrafda yaradılan gözoxşayan mənzərə, xüsusilə də təmizlikdən razıdırlar.

Turistik məkana çevrilən qəsəbədə bu gözəl rəsmləri çəkənlərdən biri elə qəsəbə sakinidir. Onunla həmsöhbət olmaq istədik. Lakin o, mediaya açıqlama vermək istəmədiyini bildirdi.

Qısaca deyək ki, divar rəsmlərini işləyən rəssamlardan biri elə bu qəsəbədə yaşayır. Yaşadığı qəsəbənin abadlaşdırılmasında məmnuniyyətlə iştirak etdiyini deyir.

Hazırda əsasən məktəb küçəsi abadlaşdırılıb. Digər küçələrdə işlər davam etdirilir. Qısa zamanda işlərin tam yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, XX əsrin əvvəllərinə qədər bura Şıx, 1936-cı ildə Xanlar adı verilib və qəsəbə statusu alıb. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılıb. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınıb. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, XIII əsrdə tikilmiş Bibiheybət məscidi var.

Oxu.Az Bakının turistik məkana çevrilən ikinci qəsəbəsindən maraqlı fotoları təqdim edir: