Bakıda qəbiristanlıq yanır

0
324

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.