Bakıda polis əməkdaşları səhhətində problem yaranan şəxsə kömək ediblər.
Hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin əməkdaşları vətəndaşın vəziyyətini nəzərə alaraq, onun dərhal xüsusi təcili tibbi yardım maşını ilə müalicə üçün müvafiq xəstəxanaya yerləşdirilməsini təmin ediblər. Belə ki, şəxsin yaxını onun nevroloji xəstəxanada müayinə və müalicə olunduğunu deyib.
Həmin görüntüləri təqdim edirik: