Bakıda məşhur nəşriyyatda polis reydi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

0
2099

Bu gün “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə ilə bağlı reydi ilə əlaqədar olaraq mətbəəyə girməsinə və çəkiliş aparılmasına etiraz edib.

u barədə o, sosial şəbəkədə videogörüntü yayımlayıb.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

“Beş aydır ki, polis əməkdaşları karantin rejiminə nəzarət edirlər. İstər avtobus, istər nəşriyyat,  mağaza və digər qapalı məkanlar olsun, nəzarət qaydasında baxış keçirirlər.

Sözügedən bina şəxsi mülk olsa da, ora iş yeridir və polis də qaydalara əməl edilib-edilməməsinə görə reyd keçirib.

Nəyəsə görə oranın rəhbəri bunu anlayışla qarşılamır. Deyir ki, bura onun şəxsi mətbəəsidir. Ona qalsa, bütün restoranlar, kafelər, mağazalar kiminsə obyektləridir. Belə çıxır ki, kim necə istəsə, karantin rejiminə riayət etməyə bilər?”

O, polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsindən də danışıb:

“Polislərdən biri qara, digəri ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı danışan zamanı sosial məsafəni qoruyaraq, maskanı çıxarıb sözünü deyir, sonra yenə maska taxır”.