Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlandı

0
404

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.

Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

Ş.Kamilov küçəsində yerləşən “Olympus PUB” restoranında sanitar-epidemioloji qaydaları pozan üç işçi və beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.