Bakıda mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Orada aşkarlanan 69 yaşlı Arjevitina Yekaterina Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.