Bakı və Səmərqənd alimlərinin əməkdaşlığına dair özbək dilində kitab nəşr olundu

0
298

Daşkənd şəhərində özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.

Diaspora Komitəsindən verilən məlumata görə, “Renessans Press” nəşriyyatında işıq üzü görən kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Səmərqənd Dövlət Universitetinin birgə layihəsi əsasında hazırlanıb.

Abdurasul Goziyev və Abdixaliq Arziqulovun tərtib etdikləri kitabda alimlərin elmi yaradıcılığından və əməkdaşlığından bəhs edilib.

Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədov, AMEA-nın həqiqi üzvü, akademik Azad Mirzəcanzadə, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Babayev, fizika-riyaziyyat elmləri doktoru Əmir Həbibzadə, fizika-riyaziyyat elmləri doktoru, akademik Fərəməz Maqsudov, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ələddin Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor Valeri Salayev, professor Əli Cəfərov, professor Fərhad Tağıyev, fizika-riyaziyyat elmləri doktoru Karlen Xudaverdiyev, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çandirov, Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyev və həmin universitetin professoru Yusif Ələskərov haqqında da məlumatlar yer alıb.