Bakı-Sumqayıt yolunda tıxac – Minlərlə avtomobil yolda qaldı

0
360

Bakı-Sumqayıt yolunda güclü tıxac - Minlərlə avtomobil yolda qaldıBu gün Bakı-Sumqayıt magistralının mərkəzə doğru olan hissəsində tıxac yaranıb.

Tıxacın uzunluğu Masazıra qədər çatır.

Sürücülər bildirlər ki, Xırdalan dairəsində həyata keçirilən tikinti işləri və şəhərə yaxınlaşanda yolun daralması tıxacın əsas səbəbidir. Bəzi yerlərdə avtomobillərin bir-birinə toxunması səbəbindən yaranan mübahisələr, eləcə də bəzi nəqliyyat vasitələrinin nasazlığı da tıxacın artmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, hazırda müşahidə edilən tıxac mövsümi xarakter daşıyır və hər hansı yol-nəqliyyat hadəsəsi ilə əlaqədar deyil.