Bakı sərt karantində: İcazə, polis postları, şəhərin sükutu… – FOTOREPORTAJ

0
731

Bakıda pandemiya ilə əlaqədar yenidən sərt karantin rejimi tətbiq edilir.

Bildiyiniz kimi, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən iyunun 21-i saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik ciddi karantin rejiminin tətbiqinə qərar verilib.

Vətəndaşlara SMS (8103) icazə sistemindən yalnız zərurət olduğu halda istifadə etmələri tövsiyə edilir. Bundan başqa, küçələrdə yalnız fəaliyyətinə icazə verilən sahələrdə çalışan və icaze.e-gov.az portalından qeydiyyatdan keçən, xüsusi icazəsi olan məhdud sayda şəxslərə rast gəlinir.

Daxili İşlər Nazirliyinin (DİN) və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əməkdaşları tərəfindən paytaxtın bir sıra mərkəzi küçələrində karantin postları qurulub. Vətəndaşların sərt karantin rejimi çərçivəsində qaydalara nəzarət etmələri tövsiyə edilir.

Bakı küçələrindəki vəziyyəti əks etdirən həmin görüntüləri təqdim edirik: