Bakı metrosu texniki nasazlıq səbəbindən iki saat bağlı olub.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metronun səhər saatlarında bağlı olması təsərrüfat qatarında yaranan problemlə bağlı olub:
Bakı Metropoliteni”ndə gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırıldıqdan sonra “Bakı Metropoliteni”nin xətləri təlimat tələblərinə uyğun olaraq təkrar yoxlanılıb. Artıq elektrik qatarları xəttə buraxılıb və stansiyalar sərnişinlərin girişinə açılıb”.
08:15
“Bakı Metropoliteni” bu gün səhər saatlarından etibarən yenidən fəaliyyətini dayandırıb. Buna səbəb metropolitendə yaranan texniki nasazlıqdır.
Bu barədə Baku TV-nin əməkdaşına metropolitendə xidmət aparan polis əməkdaşları məlumat verib.
Bildirilib ki, metro bu gün səhərdən etibarən yaranmış texniki nasazlıq səbəbindən bir neçə saatlıq fəaliyyətini dayandırıb. Hazırda nazaslığın aradan qaldırılması istiqamətində iş aparılır.
Metronun fəaliyyətinin bir neçə saat ərzində yenidən bərpa ediləcəyi qeyd edilib.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Bakı metrosu martın 31-dən etibarən fəaliyyətini müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Mayın 9-dan etibarən isə karantin rejiminin yumşaldılması planına əsasən, metronun fəaliyyəti yenidən bərpa edilmişdi.