Bağlanmış bankın kreditorlarının NƏZƏRİNƏ – Pullarınızı buradan ala biləcəksiniz

0
351

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

“Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə  alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Amrahbank” ASC-nin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci ilədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib.

Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.