Bağdadın ən hündür binalarından biri Azərbaycan bayrağı ilə işıqlandırılıb

0
29

İraqın paytaxtı Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.

Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” hesabında paylaşım edib.

“Azərbaycan Respublikasının milli bayramı, 28 May – Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılır. Təşəkkürlər İraq!”, – deyə paylaşımda qeyd olunub.