Bəzi rayonlarda yollar dumanlı olacaq, buz bağlayacaq

Ölkənin avtomobil yollarında sabah gözlənilən vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 2-də küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.