Bu barədə “Haber7” məlumat yayıb.
Norveçin Svalbard adasında qurulan anbar Şimal qütbündən 1300 kilometr məsafədə yerləşir. Anbar bir çoxları tərəfindən “bəşəriyyətin son ümidi” olaraq qiymətləndirilir.
Bir dağın içində qorunan toxumlar üçün ən böyük təhdid isə qütb ayılarıdır. Bölgədəki yüzlərlə qütb ayısını anbardan uzaq tutmaq üçün xüsusi mühafizəçilər fəaliyyət göstərir.