Dünyada şirin su qıtlığı yaxın gələcəkdə bütün bəşəriyyəti təhdid edə bilər.
Bu fikri klimatoloq Aleksandr Çernokulski deyib.
“İİqlim dəyişikliyinin əsas nəticələri arasında bəzi bölgələrdə içməli su ehtiyatını artıran buzlaqların əriməsi də var”, – deyə ekspert bildirib.
O, həmçinin vurğulayıb ki, buzlaqlar yox olarsa, çaylarda şirin suyun miqdarı yağan qarın miqdarından asılı olacaq, ümumiyyətlə, yağıntı olmasa, yayda çaylar boş qalacaq. Çernokulski bunu “təhlükəli vəziyyət” adlandırıb.
Onun sözlərinə görə, bəşəriyyət üçün ən vacib problem dəniz səviyyəsinin qalxmasıdır. Alim hesab edir ki, XXI əsrin ortalarında suyun səviyyəsi 12-15 santimetr, əsrin sonunda isə 40-60 santimetr qalxa bilər. Bu səbəbdən, onun qeyd etdiyi kimi, qitələrin bəzi sahilyanı əraziləri və bütün adalar su altında qalacaq.