Bələdiyyələrlə bağlı yenilik

0
14

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

Bununla bağlı Milli Məclisin plenar iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.