
ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.
R.Abbasovanı bu vəzifəyə Nyu Yorkun yeni meri seçilən Erik Adams təyin edib.
Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adamsın komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.
Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi – o Nyu Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir