Azərbaycanlı iki polis əməkdaşı dünya çempionatında medal qazanıb – FOTO

0
518

Gürcüstanın paytaxtı Tbilisidə WSJO-nun (Dünya İdman Ciu-citsu Təşkilatı) idman ciu-citsusu üzrə böyüklər arasında dünya çempionatı, eləcə də, uşaqlar, yeniyetmələr, gənclər və veteranlar arasında Dünya Kuboku keçirilib.

Bu çempionatda Azərbaycan Ciu-citsu Federasiyasının kontakt ciu-citsu departamentinin  idmançıları 21 nəfərlə təmsil olunub.

Yarışda 20-yə yaxın ölkənin 200 idmançısı çempionluq uğrunda mübarizə aparıb. Turnir idman ciu-citsu döyüşü, kimano ilə qrapplinq, özünümüdafiə idmanları (yeniyetmələr, gənclər və böyüklər) və realistik özünümüdafiə (ancaq böyüklər) üzrə keçirilib. Bu təşkilatın keçirdiyi IV çempionatda Azərbaycan komandası ilk dəfə iştirak edib. Komandamız səkkiz qızıl, səkkiz gümüş və dörd bürünc medal qazanıb.

Kontakt ciu-citsuda Ayaz Abbasov (-85 kq) və Fərid Əhmədov (-77 kq) bürünc medal qazanıb. Əhmədov nevazada gümüş medala yiyələnib.

Qeyd edək ki, hər iki şəxs Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarıdır. Ayaz Abbasov polis leytenantı, Fərid Əhmədov serjantdır.