Azərbaycanlı artistlər qədim mahnı ilə Ukraynaya dəstəklərini göstərdilər – VİDEO

0
1589

Azərbaycanlı və ukraynalı artistlərdən ibarət komanda Ukraynaya dəstəklərini unikal yolla göstəriblər. Belə ki, onlar birlikdə Ukraynanın Mənəvi Himni kimi də tanınan qədim “Ukrayna üçün dua” mahnısını ifa ediblər.

Nikolay Lısenkonun bəstəsi olan mahnıda Hidayət Əliyevi xüsusi yaradılmış Azərbaycan-Ukrayna tandemi müşayiət edib.

“Ukrayna üçün dua”nı tarda Polina Desyatniçenko, kamançada Toğrul Əsədullayev, qanunda Vəfa Şirəliyeva ifa edib. 

Qeyd edək ki, Hidayət Əliyev 2011-ci ildə ölkəmizdə keçirilən müsabiqələrin birində qalib olduqdan sonra Türkiyədə 135 dövlətin istirakı ilə keçirilən incəsənət olimpiadasında çıxış edib və Asiya qitəsinin bürünc medalına layiq görülüb.