
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM regionunda dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 74-cü sessiyasının ilkin gündəliyinə salınıb.
APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sözügedən qətnamə layihələri Baş Assambleyanın 73-cü sessiyasında müzakirə olunmadığı üçün növbəti toplantının gündəliyinə müvafiq olaraq 38 və 32-ci bəndlər altında əlavə edilib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyasının rəsmi açılış mərasimi sentyabrın 17-də Nyu-Yorkda baş tutacaq. Sentyabrın 24-dən 30-dək isə müzakirələr keçiriləcək.