Azərbaycanın ikiqat Avropa çempionu Türkiyədə mübarizəyə başlayır

0
283

Azərbaycanın daha dörd karateçisi bu gün Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə start verəcək.

60 kq çəki dərəcəsində çıxış edən gənclər arasında ikiqat Avropa çempionu Əminağa Quliyev 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə üz-üzə gələcək.

67 kq-da Tural Ağalarzadə 1/32 finalda sloveniyalı Yaka Talerlə görüşəcək.

Qadınların yarışında 50 kq-da İnci Əzizova 1/16 finalda latviyalı Aleksandra Mixaylova ilə, 55 kq-da Mədinə Sadiqova isə eyni mərhələdə slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.

Bu gün həmçinin Rafael Ağayev, Asiman Qurbanlı, Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət kişi kumite komandamız mübarizəyə qoşulacaq. Yığmamız 1/8 finalda Sloveniya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünən mübarizəyə başlayan Rafael Ağayev, İrina Zaretskaya, Asiman Qurbanlı, Roman Heydərov kimi titullu idmançılarımız da daxil olmaqla yeddi karateçimiz fərdi yarışlarda medalsız qalıb.