Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinin ikinci mərhələsinin qalibi olublar – VİDEO

0
500

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları ikinci mərhələni uğurla başa vurublar.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin növbəti mərhələsində hərbi aşpazlarımız sərbəst resept üzrə yeməklərin hazırlanmasında bacarıqlarını nümayiş etdiriblər.

Hakimlərin qərarına əsasən 281 balla Azərbaycan birinci, 269 balla Qazaxıstan ikinci və 244 balla Monqolustan üçüncü yerdə qərarlaşıb.

“Səhra mətbəxi” müsabiqəsinin növbəti mərhələsində hərbi aşpazlar un məmulatlarının hazırlanması və əvvəlcədən təyin edilən menyuya uyğun təamların bişirilməsi üzrə yarışacaqlar.