Azərbaycanın ən çox pensiya alan vətəndaşları bu ərazidə yaşayır – SİYAHI

0
11

Bu ilin aprelin 1-nə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 100 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistia Komiəsinə istinadən xəbər verir.

Məlumata görə ən çox pensiyaçı sayı paytaxt Bakı şəhərinin payına düşüb – 389 min nəfər.

Sumqayıtda pensiya alanların sayı 37,2 min nəfər təşkil edib.

Gəncədə pensiya alanların sayı isə 33 min nəfərə yaxınlaşıb.

Lənkəran şəhərində pensiyaçıların sayı 22,7 min nəfəri ötüb, Masallıda 20,4 min nəfərdən, Şəkidə isə 20,3 min nəfərdən yüksək olub.

Bu dövrdə ən az göstərici ilə sonuncu pillədə Xocavənd rayonu olub. Rayonun pensiya alanlarının sayı isə cəmi 896 nəfər olub. Siyahının sonlarına bundan başqa Naftalan şəhəri (1 min 166 nəfər), Xocalı rayonu (1 149 nəfər) və Xızı rayonu (1 280 nəfər) daxil edir.