Audiovizual Şura bir sıra yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara münasibət bildirib.
Səsləndirilən iddia ilə bağlı Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev açıqlama verib.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir:
“Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır. Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir”.